Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olmuşdur

 

 Martın 6-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və  Gürcüstanın Milli Statistika İdarəsinin icraçı direktoru Zaza Çelidze imzaladılar.

"Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və  Gürcüstanın idman və gənclər ilə iş üzrə naziri Vladimir Vardzelaşvili imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 2.