Robert Bradtke: Münaqişə tərəfləri arasında humanitar əlaqələri inkişaf etdirmək üçün imkanlar çoxdur

 

Düşünürəm ki, münaqişə tərəfləri arasında humanitar əlaqələri inkişaf etdirmək üçün imkanlar çoxdur.

AzərTAc xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke jurnalistlərə açıqlamasında demişdir.

Robert Bradtke Azərbaycan ilə Ermənistan arasında humanitar əməkdaşlıq çərçivəsində əlaqələri inkişaf etdirməyin vacibliyini qeyd etmişdir. O, bu barədə Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıldığını və humanitar əlaqələrin daha çox inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. R.Bradtke bu münasibətlərin hələ başlanğıc  mərhələsində olduğunu diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 7 mart.- S. 4.