Azərbaycan Prezidenti İlham Əliyev bp-nin idarə heyətinin sədri Karl-Henrik Svanberqi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də bp-nin idarə heyətinin sədri Karl-Henrik Svanberqi qəbul etmişdir.

Görüşdə bp-nin ölkəmizdəki uzunmüddətli uğurlu fəaliyyətinin önəmi  qeyd olundu, həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər müzakirə edildi, Azərbaycan ilə bp arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 1.