Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martın 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üzərinə tər güllər düzmüşdür.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 8 mart.- S. 2.