Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç  və xanımı Tatyana Yosipoviç martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.

Xorvatiya Prezidenti ulu öndərin məzarı önünə əklil qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan. -2012.- 13 mart.- S. 4.