Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç  xanımı Tatyana Yosipoviç martın 12-də Şəhidlər xiyabanını ziyarət etmişlər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident İvo Yosipoviç "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 4.