Türkiyə mətbuatında Milli Məclisin deputatının geniş məqaləsi dərc olunmuşdur

 

 Türkiyə paytaxtının ən nüfuzlu mətbuat orqanı olan "Ankara İl" qəzeti Milli Məclisin deputatı İmamverdi İsmayılovun "Azərbaycan" qəzetində dərc olunmuş bir səhifəlik Türkiyə ilə Azərbaycan arasında əlaqələrə həsr olunmuş "... Və bir ürək" məqaləsinin türk dilində tərcüməsini vermişdir.

Van vilayətində baş vermiş zəlzələ zamanı qardaş ölkəyə göstərilmiş yardımla başlayan məqalədə Türkiyə və Azərbaycanın doğmalıq telləri, yerləşdiyimiz mürəkkəb geosiyasi məkanda baş verən proseslər fonunda tariximizin müxtəlif mərhələlərində xalqlarımızın bir-birinin köməyinə yetişməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verilən böyük dəstək, bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində daha yüksək zirvələrə yüksəlməsi  ilə bağlı faktlar öz əksini tapmışdır.

Məqaləni http://www.ilgazetesi.com.tr/2012/03/12/ve-bir-yurek-misafir-yazar-imamverdi-ismaylov/0122518/ internet saytından oxumaq olar.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 7.