Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri

 

 Astara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılmışdır. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 1.