Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır

 

Azərbaycanın Baş naziri Artur Rasizadə martın 13-də Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. Türkiyənin Azərbaycan üçün doğma olduğunu bildirən Baş nazir belə səfərlərin əhəmiyyətini vurğuladı.

Baş nazirin müavini Bəkir Bozdağ Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını söylədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bu problemin həllində ölkəsinin həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini söylədi, qardaşlıq münasibətlərimizin önəmini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 3.