Azərbaycan Prezidenti İlham Əliyevin Masallı və Salyan rayonlarına səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də cənub bölgəsinə səfəri çərçivəsində Masallı və Salyan rayonlarında da olmuş, bir sıra obyektlərin açılışında iştirak etmiş, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür.  

 

Masallı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 1.