Azərbaycan və Xorvatiya: tariximizin oxşar tərəfləri

 

 Azərbaycan kimi, Xorvatiya da Avraatlantik zonaya tam inteqrasiya dövründə ölkə ərazisinin bir hissəsi üzərində nəzarəti müvəqqəti itirməklə bağlı acı təcrübəyə malikdir. Xorvatiya bu mənada Azərbaycanın vəziyyətini yaxşı anlayır.

 

 İvo YOSİPOVİÇ,

Xorvatiya Prezidenti

 

Bu günlərdə Xorvatiya Prezidenti İvo Yosipoviç ölkəmizdə rəsmi səfərdə oldu. İki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalandı. Bütün bunlar hər iki ölkə arasında formalaşan hərtərəfli əlaqələrə yeni bir stimul verməkdədir.

Müstəqil ölkə kimi inkişafı dövründə Xorvatiyanın üzləşdiyi bəzi problemlər Azərbaycanın yaxın tarixindəki bir sıra məsələlərlə nəinki səsləşir,  hətta eynilik də təşkil edir. Bu mənada Xorvatiyanın tarixinə baxmaq, bugününə nəzər salmaq bizim üçün də maraqlıdır.

 

 Beləliklə, kimlərdir xorvatlar?

 

Cənub slavyanları kimi, xorvatlar Balkan yarımadasına VII əsrdə gəlsələr də, yalnız  IX əsrdə xristianlığı qəbul ediblər.

1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edilir. Bu tarixdən etibarən Macarıstanla olan birlik 800 il davam edir. Bu birlik dövründə öz parlamenti olan Xorvatiyada idarəetməni batır titulu daşıyan kralın yerli nümayəndəsi həyata keçirir. Varna (1444) və ikinci Kosovo (1448) döyüşləri nəticəsində Osmanlı dövləti Xorvatiyanın cənub hissəsini hakimiyyəti altına alır. Mohaç döyüşündə (1526) Macarıstan kralı Lajos məğlub olurXorvat torpaqlarının böyük hissəsi Osmanlı hakimiyyəti altına keçir. XVI əsrin sonlarına qədər Xorvatiya sancaq bəyləri tərəfindən idarə edilir. 1583-cü ildə isə əyalət statusu alaraq bəylərbəylərinin idarəsinə verilir.

1697-ci ildə Vyana döyüşündən sonra Osmanlı dövləti Avropada müəyyən qədər zəiflədi və bundan istifadə edən Avstriya qoşunları Xorvatiya torpaqlarını işğal etdi. Osmanlıların bölgəni tərk etmələrindən sonra Xorvat torpaqları əslən Xorvat olmayan əsilzadələrin idarəçiliyinə verildi.

I Napoleon 1805-ci ildə XorvatSloven torpaqlarını İlliriya əyalətinə qatsa da, 1813-cü ildə bu torpaqları yenidən itirdi. 1822-ci ildə köhnə sərhədlərinə qovuşan Xorvatiya Macarıstan ilə əlaqələrini yenidən qurdu, 1868-ci ildə isə muxtar statuslu macar torpağı elan edilərək Xorvat-Sloven Krallığı adını aldı.

I Dünya müharibəsindən sonra, 29 oktyabr 1918-ci ildə Xorvat parlamenti Avstriya və Macarıstan ilə olan əlaqələrini qıraraq müstəqilliyini elan etdiSerb, Sloven Krallığına qoşuldu. Bu krallıq sonralar Yuqoslaviya adını aldı.

II Dünya müharibəsində Yuqoslaviya Almaniya tərəfindən işğal edildikdən bir müddət sonra - 10 aprel 1941-ci ildə Zaqrebdə Ante Paveliçin başçılığı altında müstəqil Xorvatiya dövlətinin qurulduğu elan edildi, İtaliyaAlmaniya tərəfindən dərhal tanındı. Bu dövlət Sloveniya, Bosniya-HerseqovinaDalmatiya əyalətinin bir hissəsini özündə birləşdirirdi. 1945-ci ildə Zaqreb İosif Broz Titonun rəhbərliyi ilə yuqoslav partizanlarının əlinə keçdiXorvatiya yenidən Yuqoslaviyaya birləşdirildi.

 

 Əhalisi və şəhərləri

 

 

 

Əhalisi təxminən 4.808.000 nəfər, sahəsi 56538 kvadratkilometrdir. Ölkə əhalisinin 75 faizini xorvatlar, 12 faizini serblər, eləcə də albanlar, macarlar, rumınlar və digərləri təşkil edir. Xalqın təxminən 77 faizi katolik, bir hissəsi müsəlmandır. Əhalinin 51 faizi şəhərlərdə yaşayır. Paytaxt Zaqrebdən sonra əsas şəhərləri Rijeka, Fiume, Zadar, SibenikDubrovnikdir. Ümumiyyətlə,  Xorvatiyada şəhər statusuna malik yaşayış məntəqələrinin sayı 130-dan çoxdur.

Ölkə Macarıstan, Serbiya, SloveniyaBosniya-Hersoqovina ilə həmsərhəddir. Onun dənizlərə əlverişli çıxışı varAdriatik dənizi boyunca 5000  kilometrdən artıq dəniz sərhədinə sahiblik edir. Dəniz akvatoriyasının sahəsi 33.200 kvadratkilometrdir. Buradakı adaların sayı 1185-i adlayır. Adaların 65-i tamamilə məskunlaşıb. Bunlar isə Xorvatiyanı həmişə turistlər, macəraaxtaranlar üçün cazibədar edibindibütün iqtisadi çətinliklərə baxmayaraq Xorvatiya hər kəsi öz sakit hücrəsinə dəvət etməkdədir.

Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənsə də, ölkənin müəyyən neft ehtiyatları da var. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Digər şəhərləri - VarazdinKarlovakda ənənəvi olaraq toxuma, PetrinijaKoprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır. Yeri gəlmişkən, Xəzər Dəniz Gəmiçilik Şirkəti Xorvatiyadan gəmilər almaq üçün danışıqlar aparır. Bir faktı da qeyd etməyə dəyər: Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin regonda "Xorvatiya birinci ölkədir ki, Azərbaycan öz səfirliyini açdı. Bu da onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yaxşı inkişaf edir".

 

Xorvat adətləri və ya "xorvat" sözü qalstuk mənasındadır

 

Xorvatlar bəşər sivilizasiyasının inkişafına da öz töhfələrini verməkdədirlər. Bunun kökləri isə çox qədimlərə gedib çıxır. Maraqlı bir faktı da qeyd edək: indi hamının sevə-sevə gəzdirdiyimiz, fransızların "gravte", türklərin, ukraynalıların "kravat" adlandırdıqları "qalstuk"un yaranması da xorvatlarla bağlıdır. Deyilənə görə, 30 illik müharibədə boyunlarına yaylıq bağlayan xorvat atlılarını görən fransızlar "bununolduğunu" soruşduqda xorvatlar səhvən öz adlarını çəkərək "xorvat" söyləmişlər. O vaxtdan bu xalqın, millətin adı da qalstuk (krovat, xrovat) şəklində dünyaca məşhurdur.

 

Ancaq bu qalstuk da xorvatları müharibələrdən qoruya bilmədi...

 

 Serbskaya Kraina -  Dağlıq Qarabağ: eyni faciə, dağıdıcı müharibə, fərqli nəticə...

1980-ci illərin sonlarında sosialist ölkələrində baş verən hadisələr Xorvatiyaya da təsir etdi. 1989-cu ildə Serbiya ilə Xorvatiya və Sloveniyanın əlaqələri pozuldu.  Belə ki, Xorvatiya 1991-ci ilin iyulunda növbəti dəfə öz müstəqilliyini elan etdi. Onun ardınca digər Yuqoslaviya respublikaları da müstəqilliklərini elan etdi. Yuqoslav ordusunun dəstəyini alan serblər SloveniyaXorvatiya üzərinə hücuma keçdi.

1991-ci ildə başlayan vətəndaş müharibəsi separatizm meyillərinin, dünyanın harasında olmasından asılı olmayaraq, necə dağıdıcı bir qüvvə olduğunu bir daha hamıya nümayiş etdirdi. Həmin il müstəqilliyini elan edən Xorvatiyanın serb əsilli əhalisi də "Serbskaya Kraina" adlı muxtar vilayət yaratdı. Eynən bizdə Dağlıq Qarabağda olduğu kimi. Özlərini həmin vilayətin prezidenti elan edən Milan Babiç, Milan Martiç və silahlı qüvvələrə başçılıq edən Ratko Mladiç ölkədə böyük qırğınlara və fəlakətlərə səbəb oldular. Xorvat mənbələrinin verdiyi məlumata əsasən bu münaqişədə13583 nəfər öldürüldüya itkin düşdü, 37180 nəfər yaralandı. Beynəlxalq mənbələr isə daha dəhşətli rəqəmlər göstərir: bu müharibədə 20000 nəfər öldürülübya itkin düşüb. Öz yerindən-yurdundan didərgin düşənlərin sayı isə minlərlədir - 500000  nəfər.    

Bizdə sovet qoşunları olduğu kimi, Xorvatiyada da ilk illərdə gərginlik yaradan daha çox etnik serblər tərəfindən idarə olunan Yuqoslav Silahlı Qüvvələrinin  hərbi hissələri oldu. Onlar 1991-ci ilə qədər xorvatlara qarşı vuruşdular. 1992-ci ildə isə milliyyətçə serblərin çoxluq təşkil etdiyi bəzi birləşmələr Serbskaya Kraina Respublikası ordusunun tərkibində döyüşürdü.    Müharibə "Deyton sazişi"sinin bağlanması və Xorvatiyanın müstəqillik qazanması ilə nəticələnsə də, tarixə Balkanlarda ən qanlı münaqişələrdən biri kimi düşdü.

Vaxtilə Qarabağ ərazisinə axışan erməni əhalisi kimi, serblər də Xorvatiya ərazilərində XIV əsrdən etibarən kompakt şəkildə yaşamağa başlayıblar. Serblərin bu ərazilərdə sayca çoxalmasına, ilk növbədə, Osmanlı imperiyasının ələ keçirdiyi torpaqlardan Xorvatiyaya çoxlu qaçqının gəlməsi səbəb oldu. Sonrakı dövrlərdə bu, ayrı-ayrı siyasi dairələrin əlində bir təzyiq vasitəsinə çevrildi və Sovetlər Birliyində olduğu kimi, Yuqoslaviyada da milli münaqişələrə və müharibələrə gətirib çıxardı.

Bu mənada Xorvatiya ilə öz ərazisində yaradılmış qondarma "Serbskaya Kraina" arasında münaqişə fasilələrlə bir neçə il davam elədi. 1995-ci ilin avqustunda isə Xorvat ordusu "Tufan" əməliyyatına başladı və bir neçə günə kraina serblərinin müdafiə xəttini yarmağa nail oldu. Serbskaya Krainanın süqutu münaqişənin birdəfəlik həllinə gətirib çıxardı.

Qələbə qazanan Xorvat ordusu qonşu Bosniyaya yardıma tələsdi və  müsəlmanlarla birlikdə Bosniya separatçılarına qarşı döyüşdə iştirak etdi.

NATO-nun müdaxiləsi nəticəsində oktyabrda atəşkəs elan olundu. 1995-ci il dekabr ayının 14-də isə keçmiş Yuqoslaviyada hərbi əməliyyatlar "Deyton sazişi" ilə başa çatdı.

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunarkən vaxtilə ölkəsinin ərazisinin üçdə birinin işğal olunduğunu xatırlatdı: "Əfsuslar olsun ki, biz savaşmalı olduqsonuncu həlledici döyüşdə qalib gəldik. Amma digər tərəfdən bu, itkilərə səbəb oldu... Artıq ölkəmiz sülh şəraitində yaşayır. Burada inteqrasiya olunmuş milli azlıqlar da vardır".

Bu da bizim fərqimiz. Ancaq bizümidliyik. Yəni Balkanlarda bərqərar olan sülh gec-tez Qafqazlarda da qələbə çalacaq, bərqərar olacaq. O zaman Xorvatiyada olduğu kimi, Qarabağda da haqla haqsızlıq arasındakı fərqlər aradan qalxacaq. "Biz sizin səbir nümayiş etdirməyinizi və Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdlərinizi yüksək qiymətləndiririk. Mən bunları hansısa mücərrəd inanclara görə deyil, oxşar təcrübəyə əsaslanaraq deyirəm". Bu sözləri Xorvatiya Prezidenti İvo Yosipoviç deyib.

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 5.