Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

 

Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi

Həmidov Nizaməddin Baba oğlu - Maddi-texniki Təminat Baş İdarəsinin rəisi

Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 1.