Almatıda MDB Parlamentlərarası Assambleyasının 20 illiyi ilə əlaqədar yubiley iclası öz işinə başlamışdır

 

 Qazaxıstan parlamenti məclisi mətbuat xidmətinin yaydığı məlumata görə, Almatıda MDB Parlamentlərarası Assambleyasının (PA) 20 illiyi ilə əlaqədar yubiley iclası öz işinə başlamışdır.

Xüsusi sessiyada Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, həmçinin Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər ölkə parlamentlərinin başçıları, TürkPA-nın baş katibi Ramil Həsənov və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev, Hacı Salayev, Rauf Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sessiyada MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin dərinləşdirilməsi, MDB PA çərçivəsində əməkdaşlığın perspektivləri, Birlik ölkələrinin parlamentləri arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər müzakirə olunacaqdır.

 

 

 Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.