Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir

 

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev martın 29-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Almazbek AtambayevBaş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 30 mart.- S. 1.