Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev martın 30-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız dövlətinin başçısı və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident Almazbek Atambayev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 4.