Azərbaycanın ABŞ-dakı səfirliyinin məktubu "Wall Street Journal" qəzetində dərc olunmuşdur

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin gündə iki milyon tirajla çıxan Birləşmiş Ştatların "Wall Street Journal" qəzetinə ünvanladığı məktub "Azərbaycan torpaqlarının geri qaytarılmasını və sülh istəyir" sərlövhə altında nəşrin həm çap, həm də internet versiyalarında dərc olunmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, məktub qəzetdə bir neçə gün əvvəl dərc olunmuş Azərbaycanın guya Ermənistan torpaqlarına iddia etməsini bildirən məqaləyə cavabdır.

Məktubda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bunun BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq qurumlar tərəfindən pislənilməsi barədə məlumat verilir. Bundan əlavə, məktubda münaqişənin tezliklə həllinin Ermənistanın özünün gələcək inkişafı üçün xeyirli olacağı bildirilir. Buna görə də Ermənistan rəhbərliyinin siyasi müdriklik nümayiş etdirərək Azərbaycan ilə sülh danışıqlarına ciddikonstruktiv yanaşmasının vaxtının yetişdiyi qeyd olunur.

Məktubun tam mətni ilə http://online.wsj.com/article/SB10001424052702303816504577309592907679180.html?mod=WSJ_Opinion_MIDDLEThirdBucket linkində tanış olmaq mümkündür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 mart.- S. 9.