Müdafiə Nazirliyinin rəsmi www.mod.gov.az saytı yenilənmişdir

 

Müdafiə Nazirliyinin rəsmi saytı yenidən təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilmişdir.

AzərTAc xəbər verir ki, saytda hərbi qanunvericilik, hərbi doktrina, silahlı qüvvələrin qanunvericilik bazası və ordumuzun  NATO-ya inteqrasiyasına həsr edilən məlumatlar yer almışdır.

www.mod.gov.az saytında əsas yeniliklərdən biri nazirliyin rəhbər şəxslərinin qəbul günlərinin göstərilməsidir.

Saytda yaradılan müraciətlər bölümündə isə vətəndaşlar onları düşündürən məsələ barədə onlayn daxil ola və sorğularını, şikayətlərini göndərə bilərlər. Sorğu qəbul olunan kimi dərhal müraciət edən şəxsə onun məktubunun qəbul olunması və araşdırılması barədə bildiriş verilir.

İndiki elektronlaşan dünyada belə bir rəsmi saytın əhəmiyyəti böyükdür. Çünki saytda dünyanın aparıcı ölkələrinin təcrübəsindən də istifadə edilir.

Yaxın vaxtlarda saytın ingilis dilli versiyasının da yaradılması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 20 may.- S. 1.