Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin görüşü

 

Xüsusi müxbirimiz xəbər verir ki, NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 22 may.- S. 1.