“IDEA ətraf mühit haqqında kitab layihəsiüçün tender elan olunmuşdur

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasının (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "IDEA ətraf mühit haqqında kitab layihəsi" üçün tender elan edilmişdir.

2011-ci ilin iyulunda əsası qoyulan IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası gənclərin qlobal iqlim problemlərinin həllində fəaliyyətini dialoqunu dəstəkləyən təşəbbüsdür.

Kampaniyadan AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, IDEA həyat davamlılığı, təbiət tarazlığı, ekosistem, bioloji şaxələndirilmə, iqlim dəyişikliyi digər bu kimi mühüm ətraf mühit məsələlərinin gənclər arasında daha yaxşı dərk olunması məqsədilə yeni kitab layihəsi tenderi elan edir.

Yerli xarici müəlliflər, mütəxəssislər, təbiət elmlərinə dair biliklərə malik aparıcı şəxslər ekspertlər, həmçinin professorlar, tələbələr məzunlar Azərbaycanın orta məktəblərində xüsusi kurslarda istifadə olunacaq ətraf mühit haqqında dərslik yazmağa dəvət edilirlər. Dərslik həm Azərbaycan, həm ingilis dillərində yazıla bilər. Əgər mətn ingilis dilində yazılsa, IDEA onun son məhsul kimi tam tərcüməsini üzərinə götürür.

Məlumatda bildirilmişdir ki, müsabiqədə iştirak etmək istəyən yazarlar təklif olunan layihənin qısa təsvirini xülasəsini (maksimum 1000 söz), mətni yazarkən müəllifə uyğun olan vaxt cədvəlini, mövzu quruluş, yazı nümunəsi tərcümeyi-hal (çap tarixi əlaqə məlumatı daxil olmalıdır) sənədlərindən ibarət materialı info@ideacampaign.org email ünvanına qoşma (attach) ilə göndərməlidirlər.

Hər hansı bir nəfərin namizədliyini irəli sürmək istəyən şəxslər yuxarıda qeyd olunan qaydada IDEA ilə əlaqə saxlamalıdırlar. IDEA təklifləri ərizələri 2012-ci il iyunun 15-dək qəbul edəcəkdir.

Qəbul haqqında bildiriş bu sahədə tanınmış alimlərdən ibarət xarici Elmi Heyət tərəfindən təsdiq edildikdən sonra 2012-ci il iyunun 15-də müəllifə göndəriləcəkdir.

Heyət tərəfindən təsdiq olunduqdan sonra müəllif ya müəlliflər mərhələli şəkildə fəaliyyət göstərməli, vaxt quruluş cədvəllərində təyin olunan müddətlərə qədər fəsillərin nümunələrini təqdim etməlidir. Təklifin tam nümunəsi 2012-ci ilin dekabrından gec olmayaraq təqdim edilməlidir.

Kitabın nəşri 2013-cü ilin əvvəllərinə nəzərdə tutulmuşdur. IDEA kitab tam təqdim olunduqdan sonra onu son dəfə redaktə etmək hüququ verir.

Layihə haqqında əlavə məlumatı www.ideacampaign.org elektron ünvanında əldə etmək mümkündür.

Şərtlərə əsasən, müəllif hüququ qorunmuş materialdan istifadə etmək üçün həmin müəllifdən yazılı icazə almaq lazımdır. Yazılarda A4 ölçülü kağızdan istifadə edilməlidir (yuxarı aşağı kənarlar 2 santimetr, sol kənar 3 santimetr, sağ kənar 1,5 santimetr). Yalnız "Ms. Word" proqramına uyğun fayllar qəbul olunacaqdır. Təsvirin müəllifindən yazılı icazə almaq məsuliyyəti yazarın öz üzərinə düşür.

Bununla bağlı istənilən xərc kitabı yazanın üzərinə düşür.

Tenderdə qalib gələn müəllif ya müəlliflər 10 min manat (13 min ABŞ dolları) məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Tərcümə, çap, nəşr tiraj daxil olmaqla digər xərclər IDEA tərəfindən ödəniləcəkdir.

Kitab layihəsi IDEA tərəfindən Ekologiya Təbii Sərvətlər, Təhsil, Gənclər İdman nazirlikləri ilə birgə həyata keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 1 may.- S. 4.