Beynəlxalq Valyuta Fondu: Avropada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri olmayacaqdır

 

Mayın 2-də Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqtondan Azərbaycana səfər etmiş missiyasının işinin nəticələrinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir.

BVF-nin Azərbaycan üzrə rəhbəri Nadim İlahi məlumat vermişdir ki, cari ilin yekununda Azərbaycanda iqtisadi artım tempi 3 faiz təşkil edəcək, inflyasiyanın səviyyəsi isə 5 faizdən çox olmayacaqdır. O bildirmişdir ki, Azərbaycan üçün büdcə gəlirlərinin davamlılığını təmin etmək vacibdirbu istiqamətdə addımlar atılmalı, bank sisteminin səmərəliliyi yüksəldilməlidir.

Avropada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri olmayacağını deyən N.İlahi qeyd etmişdir ki, əgər dolayı yolla təsir olsa, ölkə bununla mübarizə aparacaq iqtisadi gücə malikdir. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatları vəziyyətdən çıxmaq üçün kifayətdir.

BVF-nin Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi, ölkədə inflyasiyanın azaldılması üçün yeni pul-kredit siyasətinin formalaşdırılması kimi tövsiyələri də diqqətə çatdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 may.- S. 1.