Yeni hüquq ədəbiyyatına baxış: hüquqi düşüncənin informasiya bazası

 

 İctimai mədəniyyət iyerarxiyasında özünəməxsus yeri olan hüquq mədəniyyəti hüquqi biliklər sisteminin ən vacib elementlərindən biri kimi cəmiyyətin inkişafı ilə sıx bağlı fenomendir. Bu mədəniyyətin ictimai-sosial əhəmiyyəti insanın cəmiyyətlə harmonik vəhdətində özünü büruzə verməklə  hüquqi dəyərlərin memorialını təşkil edir. Buradan aydın şəkildə məlum olur ki, hüquq mədəniyyəti bütün elementləri ilə insanların ictimai özünüifadə imkanlarından, seçimindən, həyati aprobasiyasından qaynaqlanan canlı bir orqanizmdir. Azərbaycan cəmiyyətində mədəniyyətin bu altsisteminin inkişafı kifayət qədər ciddi nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunur.

Ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tətərfindən qoyulan müasir hüquqi dəyərlər sistemi, hüquqi dövlət quruculuğu işləri Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, qanunların aliliyinin tam təminatı və qorunması, ədalət mühakiməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi, bu sahədə həyata keçirilən islahatların davamlı olması təmin edilir.

Ötən 20 il ərzində ölkəmizdə hüquq mədəniyyətinin, hüquqi maariflənmənin əsasını təşkil edən hüquq ədəbiyyatının nəşri sahəsində atılan addımlar, görülən işlər sanballı elmi, elmi-analitik əsərlərin də meydana gəlməsinə şərait yaradıb. Bu prosesə müvafiq elmi-tədqiqat institutları ilə yanaşı, məhkəmə-hüquq orqanlarının da qoşulması, dəstək verməsi nəzəri və tətbiqi biliklərin professional vəhdətini yaradır, hüquqi maariflənmə sahəsində dolğun, təcrübədə təsdiqlənmiş biliklərin istifadəsini təmin edir. Prosesə fəal şəkildə qoşulmuş Azərbaycan Respublikası Ali Məhkəməsi son bir neçə il ərzində hüquqi maarifləndirmə sahəsində bir-birindən vacib addımlar atır, hüquqi cəmiyyət quruculuğu işlərinə həm praktiki, həm də elmi-nəzəri tövsiyələrini verir.

Qeyd etdiyimiz kimi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, Azərbaycan  Respublikası Ali Məhkəməsində vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırıldığı kimi, vətəndaşlarımızın hərtərəfli hüquqi informasiya ilə təmin olunmasına, hüquqi cəhətdən savadlanmasına yönələn işlər də xeyli aktivləşib.

Müstəqillik illərində dilimizdə hüquqla bağlı bir çox söz və terminlərin, söz birləşmələrinin yaranması, bununla yanaşı, dilimizə xeyli miqdarda yeni beynəlxalq terminlərin daxil olması yeni hüquq ədəbiyyatının, o cümlədən hüquq lüğətlərinin yaranmasına ehtiyacı artırıb. Bu günlərdə Ramiz Rzayev, Rafiq NovruzovKönül Əliyevanın birgə hazırlayib nəşr etdirdikləri "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" adlı kitab Ali Məhkəmə tərəfindən hüquqşünasların, eləcə də digər oxucu kütlələrinin soraq-məlumat tələbatını ödəmək üçün gördüyü əhəmiyyətli işlərdən biridir. Bir qayda olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası fonduna daxil olan bu tip qiymətli nəşrlərin kitabxanaşünaslıq aspektindən dəyərləndirilməsini, təbliğini həyata keçirir.

Məlumat üçün qeyd etməliyik ki, əvvəllər də ölkəmizdə hüquqi terminləri özündə birləşdirən lüğət və ensiklopediyalar nəşr olunub. Lakin sözügedən nəşr eyni zamanda azərbaycanca-rusca tərtib olunduğundan yenilikdir, ikidilli olduğu üçün bu sahədə ilkdir. 18 minə yaxın sözsöz birləşməsini özündə əks etdirən izahlı lüğət hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.

Başqa sözlə, "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" nəinki məhkəmə işçiləri, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələbinə uyğun, həmçinin işgüzar məktubların, sorğuların, ərizələrin, bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədilə tərtib olunub. Buna görə də lüğətlə zamanı müxtəlif ölkələrin hüquq sistemindəki təcrübədən qaynaqlanan termin və ifadələrə Azərbaycan dilində ekvivalentlərin seçilməsi əsas prinsip kimi götürülüb.

Baş sözləri ənənəvi olaraq əlifba sırası ilə düzülmüş lüğətin müsbət cəhətlərindən biriodur ki, hər bir alınma terminin qarşısında onun  mənbəyi göstərilib. Sözlərin qarşısında isə onların izahı, rus dilində mənası və şərhi verilib. Məsələn: Kredit (lat - creditum) 1) qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaiti; 2) mühasibat hesablarının sağ tərəfi kredit/nıy; kredit 1) predostavlenie deneq ili tovarov v dole (polğzovanie na srok na usloviəx vozvratnosti) i, kak 2) pravilo s uplatnoy proüenta pravaə storoka buxalterskoqo sç¸ta ~ almaq  poluçatğ ~; ~ə görə faiz proüent po ~u; ~ götürmək bratğ ~; ~ xidmətləri ~nıe usluqi; ~ idarəsi ~noe uçrejdenie; ~ ittifaqı ~nıy soöz; ~kartı ~naə kartoçka; ~ müqaviləsi ~nıy doqovor; ~ münasibətləri ~nıe otnoheniə; ~ riski ~nıy risks. (s.212).

Lüğətdə milli sözlərlə yanaşı, əcnəbi dillərdən alınan terminlər də çoxluq təşkil edir. Məsələn, latın mənşəli: abdikasiya, aboliziya, advokat, akkreditiv, deputat, miqrant; yunan mənşəli: amnistiya, anarxiya, doqma, doqmatik, ekstaz, protokol; ingilis mənşəli: barrister, berqleri, çek, xaker, lizinq, tender; alman mənşəli: adyutant, birja, kontor, marka, marşal, order; fransız mənşəli: abandon, aksiz, aqreman, anklav, attestasiya, parol, rantye; italyan mənşəli; bankir, bank, karyera, mafiyas. kimi terminlərin bəzilərinin qarşılığı verilmiş, qarşılığı olmayanlar isə mənbə dildə olduğu kimi saxlanmışdır.

Lüğətin fərqləndirici cəhətlərindən biriodur ki, burada yalnız hüquqi xarakter daşıyan söz və ifadələrə deyil, həm də işgüzar məktubların, şikayətlərin, ərizələrin və s. tərtibi zamanı istifadə olunan terminlərə geniş yer verilib. Ümumiyyətlə isə qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti lüğətdə öz əksini tapıb.

Ölkəmizdə vətəndaş cəmiyyətinin çoxşaxəli inkişafının geniş vüsət aldığı, ictimai həyatın daha da demokratikləşdiyi bir dövrdə bu kimi nəşrlərin geniş oxucu auditoriyasının ixtiyarına verilməsi insan hüquqlarının qorunması, hüquqi biliklərin təbliği və əhalinin hüquqi maarifləndirilməsi baxımından olduqca mütərəqqi bir hadisə kimi qiymətləndirilməlidir. Çünki demokratik cəmiyyətdə hüquqi maarifləndirmə və bu sahədə informasiya təminatı işinin yaxşılaşdırılması təxirəsalınmaz tədbirlər sırasına daxil edilir.

"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"nin kitabxanamızın fonduna daxil olduğu tarixdən indiyədək çox az vaxt keçməsinə baxmayaraq, ona olan oxucu marağı, nəşrə müraciətlər üzrə apardığımız qısamüddətli bibliometrik, statistik araşdırmalar onu deməyə əsas verir ki, sözügedən kitaba ehtiyac olduqca böyükdür və lüğət öz əhatəliyi ilə mütəxəssislərin diqqət mərkəzindədir.

 

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,

AMEA Mərkəzi Elmi

Kitabxanasının direktoru,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2012.- 4 may.- S. 10.