Azərbaycan 2020: inkişafın yeni hədəfləri mövzusunda konfransın iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

  Yeni Azərbaycan Partiyası mayın 5-də "Gülüstan" sarayında partiyanın yaradıcısı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə gül-çiçək düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 6 may.- S. 4.