Yeni Azərbaycan qəzeti ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş xüsusi buraxılış hazırlamışdır

 

"Yeni Azərbaycan" qəzeti ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev zirvəsi" adlı xüsusi buraxılış hazırlamışdır.

AzərTAc xəbər verir ki, otuz altı səhifəlik, rəngli formatda və yüksək keyfiyyətli kağızda çap olunmuş xüsusi buraxılışda ümummilli liderin əvəzsiz xidmətlərindən bəhs edən məqalələr, həyat və fəaliyyətinin müxtəlif məqamlarına dair şəkillər yer almışdır.

Xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə siyasi rəhbərliyə gəlməsi, dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu illərədək dövlətimizin sosial-iqtisadi və mədəni inkişafı naminə həyata keçirdiyi işlər haqqında məqalə və şəkillər dərc edilmişdir.

Nəşrdə, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkədə ictimai-siyasisosial-iqtisadi sabitliyin bərqərar edilməsi, hərbi, səhiyyə, təhsil, mədəniyyət sahələrinin inkişafı, eyni zamanda, siyasi sistemin möhkəmləndirilməsi, demokratikləşmə və vətəndaş cəmiyyətinin formalaşması prosesinin sürətləndirilməsi istiqamətində real addımların atılmasında ümummilli liderin xüsusi xidmətləri diqqətə çatdırılmışdır.

Xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkənin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın cəmiyyətin sosial və mədəni sferalarında fəaliyyətindən bəhs edən fotolar da əksini tapmışdır.

Nəfis tərtibatda çap olunmuş xüsusi buraxılışda, eyni zamanda, ümummilli liderin ailə şəkilləri də yer almışdır.

 

 

Azərbaycan.- 2012.- 6 may.- S. 8.