Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

 

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, hərbi hissə və eləcə də xüsusi təyinatlı tədris müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

AzərTAc xəbər verir ki, növbəti tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev muzey-lektoriyasında "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" adlı fotosərgi ilə tanış olmuşlar.

Sonra əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin "Xilaskar" poeması əsasında ədəbi-musiqili kompozisiya təqdim edilmişdir.

Tərbiyə İşləri İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov ulu öndərin mənalı ömür yolumüasir ordumuzun inkişafındakı müstəsna xidmətləri barədə məruzə ilə çıxış etmişdir.

Təntənəli mərasimdə Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə hər an hazır olduqları xüsusi qeyd edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 10.