Rusiya Federasiyası hökumətinin Sədri zati-aliləri cənab Dmitri Medvedevə

 

 Hörmətli Dmitri Anatolyeviç!

 

Rusiya Federasiyası hökumətinin Sədri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dərin tarixi köklərə malik olan Azərbaycan-Rusiya dostluqmehriban qonşuluq münasibətləri bu gün məqsədyönlü və hərtərəfli şəkildə inkişaf edərək, keyfiyyətcə yeni xarakter almış, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.

Əminəm ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiyanın tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 11 may.- S. 4.