Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq

 

 Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da  Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil etmişlər.

Bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan  doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 11 may.- S. 10.