Ağdamda Qələbə günü qeyd olunmuşdur

 

 Ağdamda İkinci Dünya müharibəsində Qələbənin 67-ci ildönümü qeyd edilmişdir. AzərTAc xəbər verir ki, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov veteranları Qələbə bayramı münasibətilə təbrik etmiş, 1941-1945-ci illərdə Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan danışmış, ulu öndər Heydər Əliyevin müharibə veteranlarına həmişə böyük diqqət və qayğı göstərdiyini, Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini diqqətə çatdırmışdır.

Müharibə veteranları çıxış edərək onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbir veteranlar evində bayram süfrəsi arxasında davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 11.