İsveç jurnalisti Hakan Engstrom: Bakının mədəniyyətində əksini tapan Şərq və Qərb elementləri insanın zövqünü oxşayır

 

Bakının mədəniyyətində əksini tapan Şərq və Qərb elementləri insanın zövqünü oxşayır. Şəhərin memarlığı, qədim və modern tikililəri insanı valeh edir.

Bu sözləri müsahibəsində İsveç jurnalisti Hakan Engstrom demişdir. Təxminən on iki ildir "Eurovision" mahnı müsabiqəsini işıqlandıran jurnalist Bakıda bu yarışmaya hazırlığı yüksək dəyərləndirmişdir. O, jurnalistlər üçün təşkil olunmuş Mətbuat Mərkəzinin, konfrans zalının genişrahat olduğunu, burada hər cür şərait yaradıldığını bildirmiş, həmçinin Azərbaycan mətbəxindən zövq aldığını diqqətə çatdırmışdır.

"Eurovision-2012" mahnı müsabiqəsindən danışan jurnalist Monteneqro təmsilçisinin ifasını yüksək dəyərləndirmiş, Böyük Britaniya təmsilçisinin çıxışını çox bəyəndiyini söyləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 may.- S. 8.