Azərbaycanlı tələbələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən lV olimpiya oyunlarında qalib gəlmişlər

 

Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr arasında keçirilən lV olimpiya oyunlarında azərbaycanlı tələbələrdən ibarət komanda qalib gəlmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan komandası 5 qızıl, 3 gümüş, 3 bürünc medal qazanaraq ümumi hesabda birinci yerə çıxmışdır. Komandamız oğlanlar və qızlar arasında keçirilən tennis turnirində və qaçış üzrə estafetdə, eləcə də qızlar arasında 100 metrlik məsafəyə qaçışda qızıl medal qazanmışdır.

Xatırladaq ki, keçən il 14 medal qazanmış komandamız bu il qızıl medalların sayına görə turnir cədvəlinə başçılıq etmişdir.

 

 

Azərbaycan.- 2012.- 13 may.- S. 11.