Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyevə

 

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu

 

Hörmətli Prezident!

 

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına inkişaf və çiçəklənmə arzu edirik.

 

Zati-alinizə hörmət ehtiramla,

 

 

Qardaşınız,

 

Abdullah bin Əbdüləziz AL SƏUD,

İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanı Kralı

 

Azərbaycan.- 2012.- 26 may.- S. 2.