Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri!

 

Milli bayram - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Ölkənizin zəngin mədəniyyətini və qədim tarixini qeyd etmək üçün bu, bir imkandır. Bu, həm də Azərbaycanın qarşılıqlı əlaqəli olan dünyamızda oynadığı rol haqqında ətraflı düşünmək üçün bir şansdır.

Azərbaycanın ümumi problemlərimizin həllinə kömək edən BMT-dəki iştirakını yüksək qiymətləndirirəm. İstədiyimiz gələcəyi yaratmaq üçün qlobal gündəliyimizə beş məsələ daxildir: davamlı inkişafı təşviq etmək, daha təhlükəsiz dünya yaratmaq, böhranların qarşısını almaq, keçid vəziyyətində olan ölkələrə kömək etmək və dünya qadınları və gəncləri üçün daha çox görmək.

Əminəm ki, bu məsələləri qaldırmaq üçün biz təşkilatımızı gücləndirməliyik. Dünya əhalisi üçün daha çevik, təsirli və səmərəli BMT çox vacibdir.

Mən bütün insanların daha ədalətli, dinc və çiçəklənən gələcəyi üçün axtarışlarımızda Azərbaycanın köməyini, sadiqliyiniliderliyini yüksək qiymətləndirirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Pan Gi Mun,

BMT-nin Baş katibi

 

Azərbaycan.- 2012.- 26 may.- S. 2.