Haffington Post qəzetində Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunmuşdur

 

ABŞ-ın nüfuzlu "Haffington Post" qəzetində Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunmuşdur.

Məqalədə vurğulanır ki, Bakı İstanbulun qədim cazibəsi ilə Dubayın arxitektur görüntüsünün birləşdiyi bir paytaxta çevrilmişdir. İndi bu şəhər uzun illərdir ki, müşahidə olunan dəyişikliyini nümayiş etdirmək üçün yaxşı imkan əldə etmişdir. Burada "Eurovision-2012" mahnı müsabiqəsi keçirilir. Bu möhtəşəm şou 125 milyon insan tərəfindən izlənilir. "Eurovision-2012" mahnı müsabiqəsi ev sahibliyi edən ölkə üçün yaxşı platformadır.

Bakı gecələrindən yazan müəllif qeyd edir ki, axşam saatlarında şəhər gözqamaşdırıcı parıltıya bürünür.

Məqalədə həmçinin müasirlik ilə şərq arxitekturasının xüsusiyyətlərini özündə əks etdirən "Alov qüllələri"nin heyrətamiz görüntüsündən bəhs olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 26 may.- S. 5.