Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan sosial-iqtisadi sahələrdə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar əldə edib.

Qazaxıstan və Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq, ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin ölkələrimizin qarşılıqlı inam və anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə də xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.

Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə inkişaf və tərəqqi arzu edirəm.

 

Xoş arzularla,

 

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2012.- 27 may.- S. 3.