Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri!

 

Azərbaycanın əlamətdar milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizin və Azərbaycan hökumətinin İslam Əməkdaşlıq Təşkilatına məqsədlərini həyata keçirməkdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm.

 

 

Ekmələddin İHSANOĞLU,

İslam Əməkdaşlıq Təşkilatının baş katibi

 

Azərbaycan.- 2012.- 27 may.- S. 3.