Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan sizin atanız Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.

Bu gün Sizin öz dövlətinizin mənafelərinə şəxsi sadiqliyiniz, fəal həyat mövqeyiniz öz xalqına sədaqətlə xidmət etməyin parlaq nümunəsidir.

Siz özünüzün bütün qüvvə, təcrübə və biliyinizi Azərbaycan Respublikasının rifahı naminə sərf edir, planları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəldilməsinə çox kömək edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq, ölkənizin rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

 

Yunusbek YEVKUROV,

İnquşetiya Respublikasının başçısı

 

Azərbaycan.- 2012.- 30 may.- S. 4.