Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

 

Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq mənə şərəf verir.

Zati-alilərinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.

 

 

Yüksək hörmət və ehtiramla,

 

Xəlifə bin Zayed ƏL NƏHYAN,

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

 

Azərbaycan.- 2012.- 31 may.- S. 6.