Minskdə beynəlxalq mediaforum davam edir

 

 Mayın 30-da Belarus paytaxtında "Gələcək naminə tərəfdaşlıq: yeni dövrün modelləri" VII Belarus Beynəlxalq Mediaforumu çərçivəsində Jurnalistlərin Yay Məktəbində "XXI əsrin media təhsili" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Eyni zamanda, Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunda Belarusxarici ölkələrin peşəkar KİV işçiləri ustad dərsləri keçmişlər.

Tədbirlərdə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva iştirak edir.

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 31 may.- S. 11.