Təbiət, təmiz havaiqlim sağlamlığa xidmət edir

 

15 may Beynəlxalq İqlim Günüdür

 

Sivilizasiyanın ilk yazılı nümunələrindən biri olan şumerlərin "Bilqamıs" dastanında insan-təbiət və iqlim münasibətlərinə geniş yer verilir. İlk insanlar hesab edilən şumerlərə görə insan təbiətlə vəhdət təşkil edir. Orada deyilir: "Əvvəlcə insan təbiətdən ayrılır və cəmiyyətin bir üzvünə çevrilir, sonra təbiətə öldürücü zərbə vururbununla da özünü öldürmüş olur. Necə ki, Tanrıların hökmü ilə ölümə məhkum olunan Enküdü təbiətə mənfi münasibətinin cavabını aldı". Bilqamısa görə, insanın təbiəti dərk etməsi özünü dərk etməsi ilə ölçülür. Göründüyü kimi, lap qədimdən insanlar təbiətin, havanın, suyun, torpağın müqəddəsliyini dərk edib, ona zərər vuranı öldürməkdən belə çəkinməyiblər.

15 may Beynəlxalq İqlim Günü, dünya metereoloqları tərəfindən indiki və gələcək nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 40 mühüm bəndinin elan edilməsi günü kimi tarixə salınıb. İnsan öz inkişafının bütün mərhələsində xarici mühitlə - havayla, su ilə, torpaqla, təbiətlə təmasda olur. Bu baxımdan Azərbaycanın relyefi də, iqlimi də rəngarəng və dəyişkəndir. Alimlər bu zənginliyi ərazinin relyefiqlim şəraitinin çox əlverişli olması ilə əlaqələndirirlər. 370 növ bitki endemikdir, yəni yalnız Azərbaycanda bitir. Eldar şamı, dəmirağac, şabalıdyarpaq palıd, azad, qaraçöhrə, Lənkəran akasiyası, şümşadbir neçə ağacotun vətəni yalnız ölkəmizdir.

Tədqiqatlar göstərir ki, insanlar uzun illər təbiəti amansızcasına dağıdıblar. Nəticədə iqlim dəyişmələri - aramsız yağıntılar, qasırğalar, uçqunlar, torpağın aralanması, yayın ortasında qəflətən dolu tökməsi, qitənin şimal qütbünə yandırıcı istilərin düşməsi kimi təbiət hadisələri baş verib. Bu da dünyada ərzaq qıtlığına, təmiz su ehtiyatlarının azalmasına, iqtisadiyyatın dayanıqlı inkişafına mənfi təsir göstərir, sosialiqtisadi itkilərə, insan tələfatlarına səbəb olur. Təbiət sisteminin bütün həlqələrinə daxil olan yad məhsullar ekosistemin mövcudluğu üçün təhlükə yaradır, iqlimi dəyişdirir, atmosferi məhv edir. İqlimin dəyişməsi alimləri qorxulu qənaətlərə gətirir. Onlar Yer kürəsini narahat edən təhlükəni təbiətə olan mənəvi münasibətin aşınması ilə izah edir, başqa səbəb axtarmırlar. Hər il dünya okeanlarına tonlarla neft məhsulları, dəmir birləşmələri, qurğuşun, qalay, xlor, fosfor, civə və sair tullanır. Nəticədə müxtəlif xəstəliklər, pataloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır.

Bu kataklizmlər ölkəmizdə də müşahidə olunur. Əvvəllər sənaye müəssisələri tərəfindən təbiətə müxtəlif zərərli maddələr atılırdı. Paytaxtımızın hər kvadrat km. sahəsinə 14 ton tullantı düşürdü ki, bu da orta respublika göstəricisindən 20 dəfə çox idi. Bununla da şəhərin iqlimi, havası dəyişir, insanlar hava deyil, hidrogenxlor atomları udurdular. Balığı və balıq məhsulları ilə öyünən Xəzər dənizi "ölü göl" təəssüratı bağışlayırdı. Neftlə çirklənmə yerin istilik rejiminə də məhvedici təsir göstərir, iqlimioksigen dövriyyəsini, həmçinin biosferi öldürürdü. Bundan başqa rayonlarda pambığın və tərəvəzin monokultur becərilməsi də torpağın pestisidlərlə çirklənməsinə, eyni zamanda onların torpaq sularına və içməli su mənbələrinə qarışmasına səbəb olurdu.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda ətraf mühitiniqlimin mühafizəsinin Milli Konsepsiyası yaradıldı. Bu konsepsiya ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəldildi, iqliminmühitin sağlamlaşdırılmasına başlandı. Cəmiyyətdə maarifləndirmə işi aparıldı, neftlə çirklənmiş xeyli ərazi təmizləndi, neft emalı üçün ən müasir texnologiyalar ölkəmizə gətirildi. Paytaxtda və ətraf ərazilərdə yaşıllaşdırma kampaniyası aparıldı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızı gülüstana çevirmək aksiyası hər fəsil davam edir. Azərbaycan Xəzəryanı dövlətlər içərisində yeganə ölkədir ki, dənizin və ekvatoriyasının çirklənmədən təmizlənməsi üçün dövlət səviyyəsində kompleks tədbirlər planı həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il respublikamızda "Ekologiya ili" elan olundu. Hər yerdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirildibu indidavam edir. Bunlar hamısı iqlimin yaxşılaşmasına, ekoloji problemlərin həllinə yönəldilmiş irimiqyaslı tədbirlər sırasıdır. Yeri gəlmişkən xatırladaq ki, müstəqil Azərbaycan dövləti kimyəvi məhsullar üzərində nəzarətin tərəfdarı olduğunu qanuni formaya salıb. Çünki ekoloji çirkləndiricilər içərisində ən təhlükəlisi kimyəvi çirkləndiricilərdir. Vaxtilə Sumqayıt şəhərində 70-dən çox sənaye müəssisəsi yerləşirdi ki, bunlar da hər il havaya 73000 ton zəhərli kimyəvi maddə buraxırdı. Nəticədə hər şəhər sakininə 275 kq. zəhərli maddə düşürdü. "Kimya sənayesi", "Kauçuk birləşmələri" və alüminium zavodunun fəsadları Sumqayıtda doğulan hər uşağın səhhətində üzə çıxırdı.     

Azərbaycanın relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu, ölkə ərazisinin mülayimsuptropik iqlim qurşaqlarının yerləşməsi ilə əlaqədardır. İqlimi yaradan amillərə Günəş radiasiyasiatmosfer sirkulyasiyasi daxildir. Coğrafi-enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları da iqlim əmələ gəlməsinə böyük təsir edir. Onlar birləşərək iqlimin əsas ünsürlərini - temperaturun, rütubətin, küləyin və başqa normallığın paylanmasını təmin edir. Ölkəmizin əksər ərazisi subtropik iqlim qurşağında - Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, təsirini zəiflədir. Xəzər dənizi də iqlimin mülayimləşməsinə müsbət təsir göstərir.

Müasir insan ekoloji cəhətdən təmiz suya, qidaya, havaya ehtiyacı olan insandır. Bunları təmin etmək üçün isə ilk növbədə biosferin mühafizəsi, təbii sərvətlərin düşünülmüş şəkildə istifadəsi, tullantıların azaldılması, havanı və suyu çirkləndirən, torpağaonun sakinlərinə ziyan vuran hər hansı mənbənin buraxdığı zəhərli maddələrin məhv edilməsi vacibdir. Zəhərlənmiş təbiətin hər zərrəsi bərpa olunmalı, təbii resursların tükənməsinin qarşısı alınmalıdır. Meşə yeganə təbiət kompleksidir ki, onlar su, havatorpaq kimi biosferin çox vacib olan kompanentlərinin sabitləşməsinə şərait yaradır.

Həyatımızı və yaşayışımızı onsuz təsəvvür etmədiyimiz, ana dediyimiz təbiəti, iqlimi israf etməməli, tükətdiyimizi də yerinə bərpa etməliyik. Çünki hər birimizin üzərində bu nemətləri gələcək nəsillərə olduğu kimi çatdırmaq məsuliyyəti var. Hər bir ölkənin təbiəti, landşaftı, təmiz havası, içməli suyu, açıq səması, iqlimi həm də onun mədəni irsidir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 15 may.- S. 11.