Qazaxıstanın turkelpress.com internet qəzetində AzərTAc-ın materialları yerləşdirilmişdir

 

 Qazaxıstanın turkelpress.com elektron qəzeti İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş XII zirvə toplantısı ilə bağlı Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) rus dilində materialını yerləşdirmişdir.

Elektron qəzet, həmçinin AzərTAc-ın baş direktoru Aslan Aslanovun "Dövlətin paytaxtından dünyanın humanitar paytaxtına doğru. İkinci Bakı Beynəlxalq Humanitar Forumuna sözardı" sərlövhəli məqaləsini rus dilində öz saytında yerləşdirmişdir.

Bundan əvvəl həmin qəzetdə AzərTAc-ın "Bakıda İkinci Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində plenar iclasında iştirak etmişdir", "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir" sərlövhəli geniş materialları, eləcə Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri ilə bağlı yazıları da yerləşdirilmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Almatı

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.3.