"Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

253 Bakı şəhəri, 31 oktyabr 2012-ci il

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Mallara gömrük təminatının vurulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.2.