Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Abiyev Ağacan Qulam oğlu

Mədətov İlham İsa oğlu

 

 "Tərəqqi" medalı ilə

 

 Əliyev Akif Arif oğlu

Əliyev Natiq Avil oğlu

Hümbətov Cəfər İslam oğlu

Mehdiyev Qabil Sabir oğlu

Nəcəfov Dilavər Ədalət oğlu

Spirina İrina Anatolyevna

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.1.