Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 144, ¹ 9, maddə 677; 2005, ¹ 6, maddə 480, ¹ 10, maddə 910; 2006, ¹ 12, maddə 1055; 2007, ¹ 11, maddələr 1106, 1117; 2008, ¹ 3, maddə 177; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 294; 2011, ¹ 2, maddələr 81, 85; ¹ 6, maddə 494; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli, 2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 9.43-1-ci bənd əlavə olunsun:

"9.43-1. Nazirliyin tabeliyində olan müalicə, profilaktikasanatoriya-kurort müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərə ("Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə uyğun olaraq, pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən xidmətlər istisna olmaqla) ödənişlərin tətbiq edilməsinə razılıq vermək;".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.1.