Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov noyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə tər güllər düzmüşdür.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.2.