Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının «Tərəqqi» medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Aslanov Yusif Yusubəli oğlu

Bayramov Astan Əhmədxan oğlu

Cəfərov Şirin Teymur oğlu

Əhmədov Məhəmməd Aydın oğlu

Quliyev Telman Dadaş oğlu

Məmmədov Zakir Mətləb oğlu

Namazov Nizami Rza oğlu

Orucov Kamal Canəhməd oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 16 noyabr.- S.2.