Azərbaycan Respublikasında «Maşınqayırma sənayesi işçiləri günü» peşə bayramının təsis edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının inkişafında Azərbaycan maşınqayırma sənayesi işçilərinin xidmətlərini nəzərə alaraq qərara alıram:

Hər il iyunun 24-ü Azərbaycan Respublikasında "Maşınqayırma sənayesi işçiləri günü" peşə bayramı qeyd edilsin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 20 noyabr.- S.1.