Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmişlər

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 20 illiyi münasibətilə partiyanın rəhbərliyi və üzvləri noyabrın 20-də Fəxri xiyabana gələrək YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.1.