Azərbaycanın son bir neçə il ərzində keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir

 

"Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası çox uğurlu keçmişdir".

Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr departamentinin müdir müavini Ai Pinq AzərTAc-a müsahibəsində demişdir.

Qonaq bildirmişdir ki, bu tədbir çərçivəsində siyasi partiya nümayəndələrinin görüşləri olmuş, fikir mübadiləsi aparılmışdır. İnanırıq ki, bütün bunların hamısı real həyatda da öz əksini tapacaqdır.

Ai Pinq vurğulamışdır ki, Bakı bütün dünyada gözəlliyi ilə tanınmış tarixi şəhərdir. "Səfər çərçivəsində paytaxtınızla daha yaxından tanış olmağa fürsət tapdım. Bakının inkişafı bizim təsəvvür etdiyimizdən də yüksəkdir. Ümumilikdə, Azərbaycanın son bir neçə il ərzində keçdiyi uğurlu inkişaf yolu bizi heyrətləndirir".

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.3.