Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) üzvləri  noyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşdür.

 

 

 AzərTAc

 

 Azərbaycan.-2012.- 27 noyabr.- S.3.