Dövlət qayğısı qurub-yaratmaq əzmini artırır

 

Sahibkarlığın inkişafına, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılmasına, yeni yerlərinin açılmasına göstərilən diqqət işgüzarlıq mühitinin formalaşmasına, insanların qurub-yaratmaq əzminin artmasına da müsbət təsir edir. Son illər inkişafının yeni mərhələsini yaşayan Ağsu rayonunda da belədir. Yeni layihələr, həmçinin qarşıda duran digər vəzifələr uğurla icra olunur. Belə layihələrdən biriDünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə"dir. İcrası uğurla davam edən bu layihə çərçivəsində Ağsu şəhərinin su təchizatı yenidən qurulurkanalizasiya sistemi yaradılır. Artıq magistral su kəmərinin tikintisi üçün 54257 p/m xəndək qazılmış, diametri 355 mm olan polietilen borularla 15044 p/m magistral, 110-250 mm-lik borularla 39213 p/m paylayıcı su kəmərləri çəkilmişdir. Həcmi 1500 kubmetr olan su anbarının qazma işləri sona çatdırılaraq drenaj sistemi qurulmuşdur. Digər işlər, o cümlədən kanalizasiya xəttinin çəkilişi davam etdirilir.

Rayonun Su-Kanal İdarəsi tərəfindən Ağsu şəhərində əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədi ilə gərəkli işlər görülür. Şəhərin küçələrində, o cümlədən 8-ci məhəllədə və mərkəzi su anbarında ümumilikdə 870 p/m yeraltı su xətləri yeniləri ilə əvəz olunmuşdur. Su siyirtmələri də dəyişdirilir.

Ağsu rayonunda tikinti və təmir işlərinin əhatəsi çox genişdir. Bir yanda yeni xəstəxana kompleksi, məktəb binaları tikilir, bir yanda isə əsaslı təmir işləri görülür. Ləngəbiz və Nəmirli kənd orta məktəblərinin yeni binaları artıq istifadəyə verilib. 180 şagirdlik Qəşəd və Rəhimli kənd tam orta məktəb binalarının tikinti işləri davam etdirilir. Uşaq-gənclər idman məktəbinin, Sanqalan kənd ümumi, Çaparlı və Daşdəmirbəyli tam orta məktəblərinin binalarında cari təmir işləri görülüb. Bütün ümumtəhsil müəssisələrinin maddi-texniki bazası lazımi səviyyədə möhkəmləndirilib.

Hələ sovetlər dönəmindən Ağsu rayon mərkəzini kəndlərlə birləşdirən, həmçinin ayrı-ayrı kəndlərin yolları insanlar üçün çox çətinliklər yaradırdı. Bəzi yerlərdə körpü olmadığından və ya yağıntı nəticəsində yararsız, istifadəsiz hala düşdüyü yollarda insanlar gediş-gəliş üçün çox əziyyət çəkiblər. Artıq yüksək dövlət qayğısı sayəsində bu məsələlər də öz həllini tapmaq üzrədir. Hazırda Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmiri davam edir. Ağsuçayın üzərində, əhalisinin ümumi sayı 3200 nəfərdən çox olan 5 dağ kəndinin yol çətinliyi də aradan qaldırılıb, bu kəndlərin rayon mərkəzi ilə əlaqəsini təmin edən yeni körpü tikilib istifadəyə verilib.

Tikintisi davam edən obyektlər də çoxdur. Bu sırada Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanasını, Pirhəsənli kəndində 500 ton kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarı, Dövlət Miqrasiya Xidmətinin regional idarəsi üçün inzibati binanı, "Aqrolizinq" ASC-nin Ağsu rayon "Aqroservis" filialı üçün istehsalat bazasını və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərini göstərmək olar.

Ağsu şəhərində yenidənqurma işləri ahəngdar şəkildə davam edir. Milli ornamentli daş hasarlar tikilir, səliqəli səkilər salınır, evlərin dam örtükləri, fasadları müasirləşdirilir. Yaşıllıqların artırılmasına da ciddi fikir verilir. Görülən işlərdə rayon sakinləri aktiv iştirak etməyə çalışırlar. Təqdirəlayiq haldır ki, ilin əvvəlindən bəri 592-si daimi olmaqla 782 yeni yeri açılıb. Söhbət etdiyimiz ağsulular razılıqla bildirirlər ki, açılan yerləri onların gün-güzəranını, dolanışığını xeyli yaxşılaşdırıb. Bu şəraitin yaradılması gənclərin yerə-yurda bağlılığına, zəhmətə alışmasına da müsbət təsir edir.

Aktual məsələlərdən biriqaz infrastrukturunun yenidən qurulması və ya yaradılmasıdır. Bu istiqamətdə Ağsuda da xeyli görülüb. Ümumilikdə rayon üzrə 142,6 min p/m orta və aşağı təzyiqli yerüstü qaz kəməri çəkilib istifadəyə verilib. Bununla da Ağsu şəhərində, həmçinin Pirhəsənli, Ülgüc, Navahı və Daşdəmirbəyli kəndlərində 2750-dən artıq abonentin qaz təchizatı tamamilə yaxşılaşdırılıb. 130 abonentdən ibarət Bəyimli və Qaravəlli kəndlərinin təbii qaz təsərrüfatının yenidənqurulması işləri başa çatdırılaraq təbii qazın verilməsi təmin edilib. Yenilik, Elabad, Qaraqoyunlu və Çaparlı kəndlərinin təbii qaz təchizatını bərpa etmək məqsədi ilə yeraltı daşıyıcı qaz kəməri çəkilib.

Söhbət zamanı RİH başçısı Ənvər Seyidəliyev bildirdi ki, enerji təchizatının və rabitə xidmətinin yaxşılaşdırılması, müasir standartlar səviyyəsinə çatdırılması üçün də gərəkli tədbirlər davam etdirilir.

Hələ üç il əvvəl ölkə Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş 3 minlik Ağsu şəhər stadionunun bir il sonra elə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. Həmin açılış tədbirində Prezident İlham Əliyev belə gözəl stadionu olan Ağsunun gözəl bir futbol komandası yaradacağına da əminliyini bildirmişdir. Fərəhli haldır ki, bu gün Ağsunun belə bir komandası var - "Ağsu" yeni yaradılmasına baxmayaraq, futbol üzrə ölkə çempionatının birinci divizionunda mübarizə aparır və son turlara qədər ilk üçlükdə qərarlaşıb.

Ağsulular ölkə rəhbərinə böyük minnətdarlıqla bildirirlər ki, bölgələrin sürətli inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, əvvəldən elə bir futbol ənənəsi olmayan Ağsu bu gün iddialı bir komanda ilə uğurlara can atır. Əlbəttə, rayonun müasir inkişaf tempi idman həyatının canlanmasını da şərtləndirir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.8.