Almaniyalı alimə Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilmişdir

 

Noyabrın 28-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının iclasında bu təhsil ocağı ilə uzun illər səmərəli əməkdaşlıq edən Almaniyanın Rostok Universitetinin professoru, görkəmli alim Eqon Hassel ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki Azərbaycan Texniki Universitetinin rektoru professor Havar Məmmədov Eqon Hasselin elmipedaqoji fəaliyyətindən, AzTU ilə əməkdaşlığından ətraflı danışmış, alimin elm qarşısında xidmətlərindən söz açmışdır. Sonra rektor alman professora universitetin fəxri doktoru adının verilməsi barədə AzTU-nun Elmi Şurasının qərarını oxumuşdur. Havar Məmmədov fəxri  doktorun  diplomunu, mantiya və medalını qonağa təqdim etmişdir. Tədbir iştirakçıları alimi təbrik etmişona çiçək dəstələri təqdim etmişlər.

Professor E.Hassel fəxri ada və səmimi təbriklərə görə təşəkkürünü bildirərək demişdir ki, AzTU ilə elmi əlaqələrini bundan sonra daha da genişləndirəcək, Azərbaycan Texniki Universitetinin iştirak etdiyi bütün beynəlxalq layihələrin dəstəklənməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

 

 

Azərbaycan.-2012.- 29 noyabr.- S.5.